Cümə axşamı , 5 Noyabr 2026
Drone Cameras

Məzahir Pənahov: “MSK-ya səsvermə ilə bağlı hər hansı şikayət daxil olmayıb”

“Mərkəzi Seçki Komissiyasına səsvermə ilə bağlı hər hansı şikayət daxil olmayıb”.

“Report”un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədriMəzahir Pənahov Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-da keçirilən ümumxalq səsverməsinin nəticələriilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, beynəlxalq müşahidə missiyaları səsvermənin gedişini müsbət qiymətləndiriblər: “Səsvermə yüksək səviyyə hazırlanıb və keçirilib. Biz dövlət orqanları ilə əməkdaşlıq edirik. Çünki seçkidə onların da üzərinə müəyyən məsuliyyət düşür. Həmin dövlət orqanlarına minnətdarlığımı bildirirəm. Onlar peşəkarcasına proseslərin idarə olunmasında iştirak etdilər”.

M.Pənahov qeyd edib ki, protokollar araşdırılacaq, şikayətlər daxil olacaqsa, MSK-a buna baxacaq.

Check Also

Ryazana kütləvi dron hücumu sənaye obyektlərində yanğınlara səbəb olub

Rusiyanın Ryazan vilayətinə kütləvi dron hücumu nəticəsində bir nəfər yaralanıb, sənaye müəssisələrində yanğınlar baş verib …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir