Cümə axşamı , 5 Noyabr 2026
Drone Cameras

Tbilisi “Dinamo”sunun baş məşqçisi istefaya göndərilib

Gürcüstanın “Dinamo” (Tbilisi) futbol komandasının baş məşqçisi Yuray Yarabek istefaya göndərilib. “Report”un məlumatına görə, slovakiyalı mütəxəssisin göndərilməsinə səbəb komandanın avrokuboklarda uğursuz çıxışıdır.

Çempionlar Liqasının III təsnifat mərhələsində Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasına məğlub olan (0:2, 0:1) Tiflis təmsilçisi Avropa Liqasının “pley-off” mərhələsində Yunanıstan PAOK-una da uduzaraq (0:3, 0:2), beynəlxalq turnirlərdə çıxışını dayandırıb. Komanda ölkə çempionatının Ağ qrupunda 6 turdan sonra 10 xalla 3-cü pillədə qərarlaşıb.

Hələlik paytaxt klubunun baş məşqçi postuna heç bir təyinat olmayıb.

Qeyd edək ki, 53 yaşlı mütəxəssis 2016-cı ilin yanvarında “Dinamo”nun baş məşqçi postuna keçib. Klub rəhbərliyi baş məşqçinin qarşısına Gürcüstan çempionatının və kubokunun qalibi olmaq və avrokuboklardan birinin qrup mərhələsinə vəsiqə qazanmaq məqsədini qoymuşdu.

Check Also

Ryazana kütləvi dron hücumu sənaye obyektlərində yanğınlara səbəb olub

Rusiyanın Ryazan vilayətinə kütləvi dron hücumu nəticəsində bir nəfər yaralanıb, sənaye müəssisələrində yanğınlar baş verib …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir