Çərşənbə , 15 Aprel 2026
Drone Cameras

İspaniyanın “Atletiko” komandası antirekorda imza atıb

Futbol üzrə İspaniya La Liqasının XXXII turu çərçivəsində “Osasuna”nı qəbul edən “Atletiko” antirekorda imza atıb. “Report”un məlumatına görə, Madrid təmsilçisi ölkə çempionatında ardıcıl 6-cı penaltini qola çevirə bilməməklə tarixə düşüb.

“Atletiko”nun 3:0 hesabı ilə qalib gəldiyi görüşdə qonaq komandanın qapıçısı Salvatore Siriqu 89-cu dəqiqədə Yannik Karraskonun, 1 dəqiqə sonra isə Tomas Parteyin zərbəsini dəf edib.

Qeyd edək ki, “Atletiko” “Osasuna”nı Yannik Karraskon dublu və Felipe Lusin bir qol ilə məğlub edib – 3:0. Hazırda madridlilər 65 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Check Also

ABŞ və İran arasında tarixi görüş BU MƏKANDA KEÇİRİLƏCƏKFOTO

Aprelin 10-na planlaşdırılan İran və ABŞ nümayəndələrinin görüşü Pakistanın baş naziri Şahbaz Şərifin iqamətgahında və …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir