Şənbə , 21 Dekabr 2024
Drone Cameras

Pirallahı rayonu ərazisində “Nümunəvi Həyətlər” yaradılır

Pirallahı rayonu ərazisində “Nümunəvi Həyətlər” layihəsi çərçivəsində işlər davam etdirilir.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, Pirallahı qəsəbəsinin S.Vurğun küçəsi, 28-ci məhəllədə abadlıq işləri aparılıb, ağaclar əkilib. Həmçinin məhəllədə söhbətgahlar və uşaq oyun meydançaları quraşdırılıb.

Qəsəbənin K.Rzayev küçəsində də məhəllələrdə abadlıq işləri görülüb. Yolkənarı boyu köhnə, dağılmış bardürlər sökülərək yenisi ilə əvəz edilib. Həmçinin burada da əlavə söhbətgahların və uşaq oyun meydançalarının quraşdırılması nəzərdə tutulur.

Bundan başqa, M.Əzizbəyov küçəsində yerləşən “Cırtdan” körpələr evi-uşaq bağçasında təmir işlərinə başlanılıb.

Rayon üzrə məktəbəqədər tərbiyə müəssisələrinə olan tələbatı ödəmək məqsədilə tikilən 140 və 100 yerlik körpələr evi – uşaq bağçasının inşaat işləri davam etdirilir.

Artıq 140 yerlik körpələr evi – uşaq bağçasında tikinti işləri tamamlanmaq üzrədir.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir