Cümə , 17 Aprel 2026
Drone Cameras

Azərbaycan gömrükçüləri 5600 ədəd siqaret aşkar edib

Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “Vaz 21063” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Bu barədə “Report”a DGK-dan məlumat verilib.
Yoxlama zamanı avtomobilin arxa oturacağının altından və salonundan gömrük nəzarətindən gizlədilən, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 5600 ədəd “Golden gate” markalı siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

Check Also

ABŞ nüvə silahı istehsalını artırır

ABŞ Soyuq müharibənin bitməsindən bəri ən çox nüvə silahı istehsal edir. Boyukmillet.com xəbər verir ki, bu …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir