Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Rusiyada “S-500” ZRS üçün yeni raketlər sınaqdan keçirilir

Rusiyada “S-500” yeni nəsil zenit-raket sistemi (ZRS) üçün yeni raketlər sınaqdan keçirilir.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ZRS-in istehsalçısı olan “Almaz-Antey” hava-kosmik müdafiəsi konserninin baş konstruktoru Pavel Sozinov bildirib.

Qeyd edək ki, “S-500” yeni nəsil “yer-hava” ZRS-ə aiddir. O, özündə raketdən müdafiə potensialı çox yüksək olan, ballistik raketləri vurmağı bacaran sistemi ehtiva edir. ZRS həm də aerodinamik hədəfləri (təyyarə, helikopter, digər hava hədəfləri), eləcə də qanaqdlı raketləri vurmağa qadirdir.

Sistem 600 km-lik hədəfi vurma radiusuna malikdir və eyni anda saniyədə 7 km sürətlə uçan 10-a qədər ballistik supersəsli hədəfləri aşkar edib vurmağa qadir olacaq.

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir