Bazar , 22 Dekabr 2024
Drone Cameras

Barak Obamanın “Wall Street”dəki çıxışına görə 400 min dollar qonorar istəməsi kəskin tənqid edilib

ABŞ-ın keçmiş prezidenti Barak Obamanın “Wall Street”də çıxışına görə 400 min dollar qonorar istəməsi kəskin tənqid edilib.

“Report” BBC-yə istinadən xəbər verir ki, “New York Post” qəzeti bu barədə tənqidi məqalə yazıb.

“Qarşıdan gələn tədbirdəki çıxışı Barak Obamanı “Wall Street”in yeni piyli pişiyi edəcək”, – qəzet yazıb.

O, 2009-cu ildə CBS telekanalına müsahibəsində bildirmişdi: “Ağ evə “Wall Street”in piyli pişiklərinə yem paketi verməyə gəlməyib”.

Qeyd edək ki, bu ilin sentyabrında ABŞ-ın 44-cü prezidenti Nyu-Yorkda “Wall Street” maliyyə mərkəzində sağlamlıq məsələləri üzrə konfransda bir gün əsas aparıcı olacaq. Ona görə də mərkəz ona 400 min dollar qonorar verəcək. Bu məbləğ keçmiş prezident Bill Klinton və xanımı, keçmiş dövlət katibi Hillari Klintona veriləcək qonorardan çoxdur. 

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir