Cümə axşamı , 5 Noyabr 2026
Drone Cameras

Dünya zənginləri bir gündə 35 mlrd. dollar itiriblər

“Bloomberg” agentliyi tərəfindən hazırlanan dünyanın ən zəngin 500 insanın siyahısında yer alan biznesmenlər dünən, mayın 17-də 35 mlrd. ABŞ dolları həcmində vəsait itkisi ilə üzləşiblər. 

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, buna səbəb ABŞ Prezidenti Donald Trampın ətrafında yaranan siyasi qalmaqal olub. Belə ki, dünənki hərraclarda “Dow-Jones” və “S&P500” indeksi 1,8%, “NASDAQ” isə 2,6% azalma göstərib. Nəticədə, dünyanın ən zəngin insanı olan Bil Geyts 1 mlrd. dollar, Cef Bezos 1,7 mlrd., Amansio Orteqa isə 355 mln. dollar itiriblər. Ən çox maliyyə itkisi ilə üzləşən biznesmen isə Mark Tsukerberq olub. O, dünənki hərraclardan sonra sərvətinin 2 mlrd. dollar hissəsindən məhrum olub.  

Check Also

Ermənistanda Serj Sarkisyanın sabiq administrasiya rəhbəri daxil olmaqla 36 nəfər saxlanıldı

Ermənistan İstintaq Komitəsi dövlətə məxsus “ENA” (Electric Networks of Armenia) şirkətinə dəymiş ziyanla bağlı 36 …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir