Cümə , 3 May 2024
Drone Cameras

Azərbaycanda dollarla valyuta əməliyyatları azalıb, avro ilə artıb

Bu ilin I rübündə Azərbaycanın valyuta bazarında ABŞ dolları ilə əməliyyatlarının həcmi ötən ilin eyni dövrünə nisbətən 33,5% azalıb, avro ilə əməliyyatların həcmi isə 5,7% artıb.

Bu barədə “Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, rüb ərzində valyuta əməliyyatlarının 82,2%-i dollarda, 17,8%-i digər valyutalarda aparılıb. Əməliyyatların 28,1%-i banklararası valyuta bazarında (BVB), 71,9%-i isə bankdaxili valyuta bazarında (BDVB) reallaşdırılıb.

Dollarla BVB-də aparılmış əməliyyatların 51,7%-i bankların valyuta mövqeyinin tənzimlənməsi ilə əlaqədar olub. BDVB-də isə valyuta əməliyyatlarının 95%-ni hüquqi şəxslərə valyuta satışı təşkil edib.

Valyuta bazarının həcminin azalması nağd xarici valyuta bazarı seqmentində də müşahidə edilib. 3 ay ərzində banklar 77 mln. dollar nağd valyuta satıb ki, bu da illik müqayisədə 2 dəfə azdır.

Hesabat dövründə AMB 24 valyuta hərracı keçirib. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) xarici valyuta satışları 793,1 mln. dollar təşkil edib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 36,7% azdır.

AMB-də valyuta hərraclarının keçirilmədiyi günlərdə də banklararası valyuta bazarının “Bloomberg” platformasında təşkil edilən seqmenti normal fəaliyyət göstərib. Bu seqmentdə əməliyyatların həcmi 102,5 mln. dollar olub. 

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir