Çərşənbə axşamı , 30 Aprel 2024
Drone Cameras

Komitə sədri: “Suriyadan gələn ermənilər Dağlıq Qarabağa yerləşdirilir”

“Son illər dünyada baş verən münaqişə, müharibə və yoxsulluq səbəbindən kütləvi miqrasiyanın dairəsi genişlənir”.

Məlumata görə, bunu baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov V Bakı Humanitar Forumu çərçivəsində “İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi” mövzusunda keçirilən dəyirmi masada deyib. Onun sözlərinə görə, statistikaya əsasən, dünyada 60 milyondan artıq qaçqın və məcburi köçkün var: “Ölkəmizin üzləşdiyi Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanda 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. 250 min nəfər Ermənistandan, 700 min nəfər Qarabağdan, 50 min nəfər Orta Asiyadan olan ahıska türkü, 15 min nəfər isə müxtəlif ölkələrdən yaşayış yerini məcburi dəyişib. Azərbaycan torpaqlarının 20 faiz hələ də işğal altındır. İşğal altında olan ərazilərdə bütün yaşayış infrastrukturları, abidələr dağıdılıb. Ölkəyə ümumilikdə 500 milyard dollar ziyan vurulub. Təbii ki, ən böyük itki həlak olmuş 30 minə qədər soydaşımızdır”.

Əli Həsənov Azərbaycandakı qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün dövlət tərəfindən proqramların həyata keçirildiyini bildirib: “Dağlıq Qarabağ münaqişəsindən 25 il keçməsinə baxmayaraq münaqişə həll olunmur. Nüfuzlu beynəlxalq təşkilatların qərar və qətnamələri icrasız qalır. Minsk qrupunun fəaliyyəti də nəticə vermir. Mütəmadi olaraq mülki əhaliyə hələ atəş açılır. Suriyadan ermənilər gətirilərək Dağlıq Qarabağa yerləşdirilir. Azərbaycanın işğal olunmuş ərazilərində narkotik məhsullar əkilir. Silah qaçaqmalçılığı baş verir, terrorçular hazırlanaraq münaqişə zonalarına göndərilir. Bu, tək Azərbaycan və regionun deyil, dünyanın problemidir”.  Apa.az

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir