Cümə axşamı , 2 May 2024
Drone Cameras

Həbsdə olan iş adamı azadlığa çıxıb

Dələduzluqda təqsirləndirilən iş adamı Vüsal Abazərli azadlığa buraxılıb.

 

Bu barədə “Report”a vəkil Elvin Səlimov məlumat verib.

Vəkilin sözlərinə görə, ötən gün Yasamal Rayon Məhkəməsində, hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə həmin şəxsin barəsində həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Məhkəmə həmin təqdimatı təmin etməyib və V.Abazərli bu gün istintaq təcridxanasından azadlığa buraxılıb.

Qeyd edək ki, V.Abazərli ticarətlə məşğul olur. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Verilən ittihamda onun şəhər sakininə qarşı 319 min manat və 43 min dollar dələduzluq etdiyi bildirilib. Onun barəsində həbs qətimkan tədbirinin müddəti sabah başa çatır. Bu səbəbdən V.Abazərli oktyabrın 6-da azadlığa buraxılıb.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir