Bazar , 22 Dekabr 2024
Drone Cameras

Azay Quliyevdən ATƏT sessiyasında Ermənistanın qətliamına qarşı kəskin çıxış – VİDEO

ATƏT-in Parlament Assambleyasının (PA) vitse-prezidenti, millət vəkili Azay Quliyev bu gün Minskdə ATƏT PA-nın 26-cı illik sessiyasında çıxış edərkən iyulun 4-də Ermənistan Silahlı Qüvvələrinin atəşi nəticəsində Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərin qətlə yetirilməsi faktını sərt şəkildə qınayıb və həlak olmuş şəxslərin ailələrinə dərin hüznlə başsağlığı verib.

Boyukmillet.com xəbər verir ki,  Azay Quliyev bildirib ki, Ermənistan silahlı birləşmələri qəsdən mülki əhalini hədəfə alaraq iki günahsız insanı – Sahibə Quliyeva və 2 yaşlı Zəhra Quliyevanı qətlə yetirib.

“Bu, Ermənistanın Azərbaycan xalqına qarşı olan barbar və vəhşi hərəkətdir. ATƏT PA bu qəddar hücumları kəskin şəkildə pisləməlidir. Münaqişələrdə belə halların baş verməsinə heç vaxt icazə verməməliyik.

Düşünürəm ki, bu hərəkət azərbaycanlı mülki əhaliyə qarşı qəsdən, məqsədli şəkildə törədilmiş hücumdur. Bu kimi hallar beynəlxalq humanitar hüququn və insan hüquqlarının pozulmasıdır və birbaşa olaraq 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının müddəalarına və cəbhə xəttində uşaqların, mülki əhalinin hüquqlarını müdafiə edən digər əlavə protokollara ziddir. Minsk Qrupunun həmsədrləri bu məsələ ilə məşğul olmalı və belə qəddar hücumları pisləməli, dərhal bu kimi hücumları dayandırmaq üçün addım atmalıdır.”

Azay Quliyev bu gündən etibarən bütün hərbi və siyasi məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirərək ATƏT PA-nın bu insidentlə bağlı səssiz qalmamasının və gələcəkdə cəbhə xəttində belə halların baş verməməsi üçün müvafiq addımlar atılmasının vacibliyini vurğulayıb.

Sessiyada qətlə yetirilən mülki şəxslər barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı və onların şəkilləri ATƏT PA-nın üzvlərinə paylanılıb.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir