Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

“G20” sammiti başladı

Almaniyanın Hamburq şəhərində “G20” sammiti rəsmən başlayıb.

Boyukmillet.com xəbər verir ki, görüşü 5 min jurnalist işıqlandırır. ABŞ prezidenti Donald Tramp Rusiya lideri ilə görüşü səbrsizliklə gözlədiyini bəyan edib. ABŞ və Rusiya prezidenti uzaqdan salamlaşıblar.

Eyni zamanda Putin Almaniyanın kansleri Angela Merkel ilə görüşüb, bir neçə kəlmə kəsib.

Tramp isə Putinlə görüşəcəyi üçün iqlim konfransında iştirak etməyəcək.

Almaniyada isə antiqlobalçılar polislərə hücum ediblər. Polis və nümayişçilərin çatışdığı bir fonda sammit öz işinə başlayıb.

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir