Cümə , 27 Dekabr 2024
Drone Cameras

“Rusiya mətbuatı Azərbaycandan uzaqlaşdırmaq kursu götürüb”

Füzuli rayonunun Alxanlı kəndinin işğalçı ermənilər tərəfindən atəşə tutulması nəticəsində mülki əhalinin, o cümlədən 2 yaşlı körpənin ölümü bütün dünya mətbuatında geniş müzakirə olunub.

Avropa mətbuatının və təşkilatlarının bu məsələyə münasibəti xüsusi diqqət cəlb edir. Amma Rusiyanın mətbuatı və ictimai-siyasi mühiti isə tamamilə əks təəsürat yaradır:

ı. Erməni işğalçıları Alxanlını atəşə tutduğu gecə RF mətbuatı xüsusilə RİA-Novosti Ermənistanın bu addımına Ermənistan mətbuatından daha çox dəstək verdi. Hətta RİA-Novosti az qala Ermənistan Müdafiə Nazirliyi adından bildirdi ki, guya Alxanlı kəndindən ermənilərin mövqeyinə atəş açılıb. Ona görə ermənilər cavab verməli olublar. Bir daha bildiririk bu məlumatda kimin-RİA-Novostinin, yoxsa ER Müdafiə Nazirliyinin mövqeyinin birinci olması mübahisə yaradan məsələdir.

Hadisə gününün səhəri Alxanlıya hərbi attaşelərin səfəri yaşayış məntəqəsində Azərbaycan ordusunun hərbi bazasının və ya atəş nöqtəsinin olmamasının ən yaxşı sübutudur.

ıı. Rusiya mətbuatı mülki əhalinin, o cümlədən 2 yaşlı körpənin ölümünə laqeyd münasibət göstərdi. Bəzi hallarda isə Ermənistan tərəfinə haqq qazandırdı.

ııı. Rusiya mətbuatı ermənilərə xidmət edən ekspertləri vasitəsilə əcaib tezis ortalığa qoydu. Guya Ermənistan Rusiyanın strateji müttəfiqidir, Azərbaycan isə olsa-olsa Rusiyanın iqtisadi tərəfdaşıdır. Belə əcaib tezis ermənilərdən asılı Rusiya mətbuatının sifarişidir. A.Areşev, V.Dvornikov və s. kimi yarımağıl nedauçkalar vasitəsilə Rusiyanın Ermənistan və Azərbaycana münasibəti barədə zərərli disbalans yaradırlar. Ermənistan Rusiyanın sintetik strateji müttəfiqi ola bilər. Ermənistan Rusiyanın strateji müttəfiqi deyil və mahiyyətinə görə də ola bilməz. Türkiyə və Azərbaycanla qatı düşmənçilik yolunu seçmiş Rusiya üçün Ermənistan strateji müttəfiq ola bilər. Rusiyanın Türkiyə və Azərbaycanla siyasətində ziddiyyətlər, ziqzaqlar var və gələcəkdə də olacaqdır. Amma Rusiya heç vaxt Türkiyənin ona qarşı uzun müddət nəinki düşmən, hətta soyuq münasibətdə olmasına imkan verə bilməz. Rusiyanın Azərbaycana münasibəti isə tamam fərqli materiyadır. Rusiya deyil, yalnız Ermənistan Rusiyanın həm Türkiyə həm də Azərbaycanla əbədi düşmənçiliyində maraqlıdır. Sovet hərbi bazasını öz ərazisindən qovan kimi Ermənistan ciddi məğlubiyyətlə üzləşdi. Azərbaycan qoşunları Xankəndinin (Stepanakert) bir neçə metrliyinədək çatmışdı. Ermənistan prezidenti L.Ter-Petrosyan Moskvaya qaçaraq Yeltsinə yalvardı və SSRİ-nin hərbi bazası əvəzinə RF-in bazasını yaratdı. Bu zaman RF-in Ermənistandakı hərbi bazasının xərcinin Ermənistanın dövlət büdcəsi hesabına ödəniləcəyini bildirdi. Azərbaycan və Türkiyəyə münasibətdə Rusiyanın mövqeyi Ermənistanın mövqeyindən 180 dərəcə fərqlənir.
Rusiyanın strateji müttəfiqi hesab olunan ermənilər ingilisin fitvası ilə A.Tehranda A,S.Qriboyedovun qətlini təşkil etdilər, bu prosesdə aktiv iştirakçı oldular.

Dünyada metroda ilk terror hadisəsini də ermənilər Moskva metrosunda törədiblər.

SSRİ-nin dağılmasında ABŞ erməniləri ilə Moskva ermənilərinin əlbir fəaliyyəti hamıya bəllidir. Intellektual səviyyələri imkan verəndə A.Areşev və V.Dvornikov da belə məsələləri oxuyub öyrənə biləcəklər.

ıv. Azərbaycanın Rusiyaya iqtisadi tərəfdaş olması bu gün milyardlarla dollar Rusiya üçün qazandırır. Amma Azərbaycan vasitəsilə Rusiya və İran arasında qurulan kommunikasiya və digər iqtisadi əməkdaşlıqlar isə çoxmilyardlı perspektiv yaradır. Ermənistan Rusiyadan pul dilənir. Azərbaycan isə Rusiya üçün digər dövlətlərlə müqayisədə kiçik də olsa pul mənbəyidir.

Ermənilər isə Rusiyanın pulunu antirusiya məqsədlərə xərcləyirlər. İki misal:
ı. A.Aleksanyanın (YUKOS) hesabına RF-dən 5 milyard dollar xaricə köçürüldü.
ıı.RF vətəndaşı Ruben Vardanyan Ermənistanda rus dilinin sıxışdırılmasına, ingilis dilinin yayılmasına yarım milyard dollar pul xərcləyib.

v. Ermənistan bu günədək Rusiya üçün yalnız düşmən yaradıb. Azərbaycanın hesabına heç bir dövlət Rusiya ilə düşmən deyil. Əksinə məhz Azərbaycan parametrinə görə Türkiyə və İranın Rusiyaya qarşı düşmənçilik ehtimali xeyli aşağıdır.

vı. Rusiya mətbuatı əksərən ermənilərin maraqlarını ermənilərdən artıq işıqlandırırlar. İşğal olunmuş Azərbaycan ərazisindəki toponimlər əksərən Rusiyanın rəsmi mətbuatında saxtalaşdırılmış erməni maraqlarına uyğun şəkildə təqdim edilir. Bu hala biz Ermənistanın ciddi mətbuatında rast gəlmirik.
Rusiya mətbuatının və ictimai-siyasi mühitinin Azərbaycana münasibətinin normallaşdığını bildirdən əlamət mövcuddur: RİA-Novosti daimi olaraq “DQR” terminini işlətdiyinə və erməni mətbuatına nisbətən daha artıq etdiyinə görə Azərbaycan xalqından üzr istəməlidir. Həmin andan etibarən Rusiya mətbuatının Azərbaycana münasibətinin müsbət tərəfə dəyişməsinə inanmaq olar.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir