BMT baş katibi Qutteriş Qəzza zolağına səfər edib.
Boyukmillet.com Avropa.info-ya istinadən xəbər verir ki, Qutterişin yaxınları həbsdə olan fələstinlilərin xahişini diqqətsiz qoyması buraxılış məntəqəsi qarşısında gözləyən adamların etirazına səbəb olub.
Qəzza sakinləri əllərində “Uşaqlarımız İsrail həbsxanalarında ölür” şüarları tutaraq BMT-n fələstinli məhbusların azad olunması ilə bağlı tədbirlər görməyə çağırıblar.
19 il həbs cəzası almış məhbus Məcid Əbu Kumbuzunanası Faizə Əbu Kumbuz bildirib ki, BMT baş katibinə etirazını bildirmək üçün “Beyt-Hanun” nəzarət buraxılış məntəqəsinə gəlib.
“Qutteriş Qəzza müqavimət qruplarının girov götürdüyü İsrail əsgərlərinin anaları ilə görüşdü, lakin bizimlə görüşməkdən imtina etdi” – o, belə deyib.
Səfər çərçivəsində Qutterişin BMT-nin Yaxın Şərq üzrə Fələstin qaçqınlarına yardım təşkilatının məktəbini ziyarət etməsi gözlənilir.