Ukrayna Təhlükəsizlik Xidmətinin sədri Vasili Qritsak ukraynalı siyasətçilərin Rusiyaya getməsini qadağan etməyi təklif edib.
Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna mətbuatı informasiya yayıb.
“Mən deputatların, siyasətçilərin və ictimai xadimlərin təcavüzkar ölkəyə səfər etməsi üçün qanuni qadağa və cinayət məsuliyyətinin tətbiq edilməsinin tərəfdarıyam”, – Qritsak bildirib.
Qeyd edək ki, Ukrayna-Rusiya münasibətləri Krımın Rusiyaya birləşdirilməsindən sonra kəskin pisləşib.