Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Deputat: Azərbaycana qarşı yeni təxribatın şahidi oluruq

“Azərbaycana qarşı yeni təxribatın şahidi oluruq. Azərbaycan hakimiyyəti, ayrı-ayrı dəyərli vətəndaşlarımız olmayan hadisədə günahlandırılır”.

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə OCCRP adlanan qurumun (“Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı” layihəsi) “hesabat”ı və bu “hesabat” əsasında bəzi KİV-də yayılmış məlumatlarla bağlı açıqlamasında deyib.

A.Mirzəzadə qeyd edib ki, həmin təşkilat ittiham irəli sürsə də, hər hansı bir sübut ortaya qoya bilmir:

“Bu gün Azərbaycanın uğurları, beynəlxalq aləmdəki möhkəmlənən yeri xaricdə müəyyən antiazərbaycan mərkəzləri ölkəmizlə bağlı ya iqtisadi, ya da siyasi planları həyata keçmədiyindən çox ciddi narahat edir. Bu zaman ortaya yalan, böhtan və təxribat atılır. Bunun arxasında əlbəttə ki, antiazərbaycan dairələri və erməni diasporu durur. Məqsəd Azərbaycanı nüfuzdan salmaq, ölkəmizdə “5-ci kolon” yaratmaq və dövlətimizin artan nüfuzuna ləkə gətirməkdən ibarətdir”.

Deputat vurğulayıb ki, vaxtaşırı Azərbaycana qarşı belə kampaniyalar aparılır: “Ona görə də növbəti dəfə Azərbaycana qarşı bu qarayaxma kampaniyasının aparılmasından qətiyyən təəccüblənmirəm. Artıq bu yalanlara inananların sayı durmadan azalmaqdadır”.

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir