Cümə axşamı , 16 Yanvar 2025
Drone Cameras

“Turan” agentliyinin dondurulmuş bank hesabları açılıb

Vergilər Nazirliyi “Turan” agentliyinə qarşı vergi borcunu ötən həftə ləğv etdikdən sonra agentliyin bank hesabları sentyabrın 18-də açılıb. Bu barədə Turan agentliyi məlumat yayıb.

Eyni zamanda, agentliyə qarşı qaldırlmış cinayət işinə xitam verilib-verilməməsi barədə nazirlik rəsmi məlumat vermir.

Beləliklə, agentliyin normal işinin təmin edən şərait hələ ki, yaradılmayıb.

Xatırladaq ki, Vergilər Nazirliyinin Lokal Gəlirlər Departamenti bu ilin avqustunda “Turan” agentliyinə qarşı 37 min manat əlavə vergi hesablayıb və cinatyət işi qaldırıb. Sentyabrın 12-də nazirlik qeyd olunan mənləğlə bağlı qərarını ləğv edib.

“Turan” agentliyinin avqustun 24-də həbs edilmiş direktoru Mehman Əliyev isə sentyabrın 11-də azadlığa buraxılıb.

Amerikanın Səsi

Check Also

Dünya liderlərini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir. “Report”un BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir