Çərşənbə , 30 Oktyabr 2024
Drone Cameras

Şeyxin qudası Hacı Qalibin oğlu həbs edildi

Milli Məclisin sabiq deputatı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadə həbs edilib.

Boyukmillet.com-ın əldə etdiyi məlumata görə, Əlihüseyn Salahzadə sentyabrın 13-də Nəsimi rayon Məhkəməsi tərəfindən həbs edilərək, Kürdəxanı həbsxanasına göndərilib. O, Cinayət Məcəlləsinin 315.2 maddəsi ilə təqsirli bilinir.

Məsələni dəqiqləşdirmək üçün Qalib Salahzadə ilə əlaqə saxladıq.

O, “Ölkə.Az”-a açıqlamasında xəbərin doğru olduğunu bildirdi:

“Bəli, oğlum sentyabrın 13-də gecə saatlarında Nəsimi rayon prokurorluğunun müstəntiqi Anar Abıyevin qondarma qərarı ilə həbs olunub. Biz bu həbs qərarı ilə qəti razı deyilik və apellyasiya şikayəti vermişik. Oğlumun həbsinin arxasında Baş prokuror Zakir Qaralov dayanır. Müstəntiq Anar Abıyev də ətrafında olan adamlar vasitəsilə bildirib ki, onun bu işdə günahı yoxdur və ona göstəriş Baş prokuror Zakir Qaralov tərəfindən verilib. Səbəb də məlumdur. Çünki Zakir Qaralov 22 ildir ki, mənimlə düşməndir. Hələ Zakir Qaralov 22 il öncə Sabunçu rayon prokuroru işləyən zaman Bilgəhdə zəfəran torpaqlarını qeyri-qanuni yolla zəbt etmək istəyirdi. Həmin vaxt mən də Bilgəhdə zəfəran kolxozunun direktor müavini idim. Bu məsələyə görə aramızda problem yaranmışdı. Mən Zakir Qaralovun torpaqları qanunsuz yolla zəbt edilməsinə qarşı çıxmışdım. Buna görə Zakir Qaralov zaman-zaman məni həbs etmək istəyib. Hətta, 2000-ci ildə oğluma açılan eyni maddə ilə məni də həbs etmişdi. Mənə qarşı açılan işin müstəntiqi də Arzu İsmayılov olub. Təsəvvür edin ki, 2000-ci ildə mənə qondarma cinayət işi açılmışdı. Guya dövlət qulluqçusuna zor tətbiq etmişdim, həbsxanadan adam qaçırmışdım, 8 nəfər adam öldürmüşdüm və evimdən 2880 ədəd silah mərmisi tapılmışdı. Bu qədər cinayəti heç qanuni oğrular törədə bilməzdi. Amma Zakir Qaralov adıma yazdırmışdı. Təbii ki, bütün bunların hamısı yalan idi. Məni Zakir Qaralov torpaq məsələsinə görə həbs etmək istəyirdi. Ancaq Allah rəhmət etsin ulu öndər Heydər Əliyevə. O, mənim həbs olunmağıma imkan vermədi. Onları çağırıb danlamışdı. Bu gün isə Zakir Qaralov oğlumu həbs etməklə məndən intiqam alır”.

Q.Salahzadə qeyd edib ki, oğlu günahsızdır:

“Oğlum ağıllı, yerini bilən adamdır. Üç dəfə də Həcc ziyarətində olub. Sadəcə olaraq oğlumu şərləmək istəyirlər. Sentyabrın 4-də oğlum Əlihüseyn Salahzadə hamı kimi evində oturub Qurban Bayramını qeyd edirmiş. Həmin gün qapı döyülür, qapını açan zaman “Azərsu” ASC-nin əməkdaşı Elbəyi Mirzəliyev adlı şəxs oğlumun yoldaşını təhqir edir. Bunu görən kimi oğlum Elbəyinin çənəsinə sillə vurur. Yəni, oğlumun yerində kim olsaydı, eyni addımı atardı. Sonradan həmin Elbəyi oğluma qarşı şikayətini də geri götürüb, barışıblar və mətbuata da açıqlama verib. Bütün bunlara baxmayaraq, sentyabrın 13-də məhkəmə keçirilərək, oğlumu həbs ediblər. Hazırda da oğlum Kürdəxanı həbsxanasındadır”.

Check Also

Səfirimizin 3 milyonluq korrupsiya əməli – Bakıya təhlükə

Azərbaycan Respublikasının İraqdakı səfirliyində ciddi qanun pozuntusu, korrupsiya halları müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir