Çərşənbə axşamı , 13 Yanvar 2026
Drone Cameras

Azərbaycan üçün tarixi gün — Bu gün qərar açıqlanacaq

AFFA Çempionlar Liqasının finalının Bakıda keçirilib keçirilməyəcəyi bu gün məlum olacaq.

AFFA-nın baş katibi Elxan Məmmədov dünən bildirmişdi ki, 2019-cu ildə futbol üzrə Çempionlar Liqasının və Avropa Liqasının final oyunlarının Bakı Olimpiya Stadionunda (BOS) keçirilməsi istəyilə AFFA-nın müraciəti əsasında qərar UEFA İcraiyyə Komitəsinin bugünkü iclasında qəbul olunacaq. 

E.Məmmədov deyib ki, bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayev və vitse-prezident Elşad Nəsirovla birgə UEFA-da Yüksək İdarə Heyətinin iclasında iştirak edir.

Bu gün UEFA-nın Cenevrə şəhərində İcraiyyə Komitəsinin növbədənkənar iclası keçiriləcək və qeyd olunan turnirlərin final oyunlarını təşkil edəcək ölkələrin adları açıqlanacaq. 

Qeyd edək ki, Çempionlar Liqasının final görüşü üçün Bakı Olimpiya Stadionunun yeganə rəqibi İspaniyanın paytaxtı Madriddəki “Metropolitano” stadionudur. Avropa Liqasında isə İspaniyanın Sevilya şəhərindəki “Ramon Sançes Pisxuan” və Türkiyənin İstanbul şəhərində “Beşiktaş”a məxsus “Wodafone Arena” BOS-la birgə mübarizə aparır.

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir