Cümə axşamı , 26 Dekabr 2024
Drone Cameras

Hakimiyyət Milli Şuranın mitinqinə gedənləri cəzalandırmağa başladı

İqtidar Milli Şuranın 23 sentyabr mitinqində iştirak edən büdcə çalışanlarına, tələbələrə, tibb personalına və müəllimlərə qarşı cəza tədbirlərinə başlayıb. Bu barədə musavat.com -a son iki gündə ən azı, 10 şikayət daxil olub. Şikayətlər müxtəlif büdcə təşkilatlarında çalışanlar və tələbələrdən gəlib. Onlar saytımızın poçtuna yazırlar ki, rəhbərlk (rektorat) hansısa yolla onların mitinqdə iştitakını təsbit edib; daha doğrusu, rəhbərliyə onların mitinqdə iştirakını təsdiq edən foto və video sübutlar təqdim olunub. Bunun əsasında da Milli Şuranın mitinqinə qatılan vətəndaşlara qarşı iş və təhsil yerlərində təzyiq və cəza tədbirləri başlayıb. Artıq hətta iş yerini itirənlər də var.

Xatırladırıq ki, musavat.com 23 senyabr mitinqinə iqtidarın Milli Şuradan daha ciddi hazırlaşdığını yazmışdı. Məlumatda göstərilirdi ki, hakimiyyətin xüsusi tapşırığı əsasında universitet, orta məktəb, səhiyyə sistemi və bütün kateqoriyadan olan büdcə təşkilatlarında Milli Şuranın mitinqinə qatılma ehtimalı və potensialı olan hər kəs bəri başdan siyahılaşdırılır. 
Mitinq keçiriləcək meydana – “Məhsul” stadionuna isə xüsusi kameralar quraşdırılır. Əsasən giriş-çıxış nöqtələrinə quraşdırılan kameralar üztanıma proqramlarına qoşulub. Bütün bu fəaliyyət nəticəsində mitinqdən dərhal sonra cəza tədbirləri işə düşəcək. Bununla da hakimiyyət Mili Şuranı və bütövlükdə yay yuxusuna dalan müxalif düşərgənin elektoratını daha da zəiflətməyi, mitinqlərə qatılan, yaxud da gələcəkdə də qatılmağı düşünən vətəndaşları qorxudaraq, çəkindirməyi hədəfləyir. Görünən budur ki, artıq bu məlumat doğrulmaqdadır. 

Xatırlayırsınızsa, Milli Şuranın 8 aprel mitinqindən sonra da musavat.com iştirakçılara qarşı iqtidar tərəfindən sərt cəzalar veriləcəyindən yazmışdı. 

Bu məlumatlar da prosesin sonrakı gedişində özünü tamamilə təsdiqlədi. Hətta cəza alanların böyük bir siyahısı da yayınlandı.

Musavat.com -a çatan bilgilərə görə, gözlənilən 7 oktyabr mitinqinə münasibətdə də hakimiyyət eyni məqsədlə monitorinqlər aparacaq. 

Bu linklər proses haqda daha aydın təəssürat yarada bilər:

http://musavat.com/news/milli-suranin-olasi-mitinqine-hakimiyyet-daha-ciddi-hazirlasir-istirakcilar-yene-cezalanacaq_469128.html

http://musavat.com/news/milli-suranin-mitinqlerinde-istirak-edenlere-qarsi-teqib-ve-tezyiqlere-start-verildi-sensasion-melumat_431759.html

http://musavat.com/news/milli-suranin-mitinqinde-istirak-edenler-cezalandirildi-muellimler-telebeler-mis-iscileri_433238.html

Boyukmillet.com

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir