Cümə , 27 Fevral 2026
Drone Cameras

Timoşenko Poroşenkonu oğurluğa görə öz əlini kəsməyə çağırıb

Ukraynanın “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko ölkə prezidenti Pyotr Poroşenkoya silahlı qüvvələrdə etdiyi oğurluğa görə öz əlini kəsməyi təklif edib.

Boyukmillet.com “Report”a istinadən xəbər verir ki, partiya lideri Poroşenkonu ordunun təmin edilməsi üçün saxta müqavilələr hesabına büdcədən böyük miqdarda vəsaitlər mənimsəməkdə ittiham edib.

Timoşenko xatırladıb ki, Poroşenko bundan əvvəl orduda korrupsiya ilə məşğul olanların əlini kəsəcəyini vəd edib.

“Mən eşidəndə ki, onlar ordudakı bütün korrupsionerlərin əlini kəsəcəklər, fikirləşdim ki, bəs onlar bundan sonra belə müqavilələri necə imzalayacaqlar”, — deyə Timoşenko Ukrayna televiziyasının efirində bildirib.

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir