Cümə axşamı , 5 Noyabr 2026
Drone Cameras

AZTV-nin aparıcısının evindən oğurluq edilib

Bakıda jurnalistin evindən oğurluq olub.

“Report”un məlumatına görə, ötən gün axşam saatlarında jurnalist Aydın Piriyevin Yasamal rayonunda yerləşən mənzilindən oğurluq edilib.

Zərərçəkənin sözlərinə görə, oğru və ya oğrular onun mənzilinə pəncərəni sındırıraq daxil olub.

Mənzildən qızıl-zinyət əşyaları, noutbuk və qol saatları oğurlanıb.

A.Piriyev faktla bağlı Yasamal Rayon Polis İdarəsinə (RPİ) müraciət edib. Araşdırma aparılır.

Qeyd edək ki, A.Piriyev AZTV-də yayımlanan “Parlaq Zəka” verilişinin aparıcısı və layihə rəhbəridir.

Check Also

Ermənistanda Serj Sarkisyanın sabiq administrasiya rəhbəri daxil olmaqla 36 nəfər saxlanıldı

Ermənistan İstintaq Komitəsi dövlətə məxsus “ENA” (Electric Networks of Armenia) şirkətinə dəymiş ziyanla bağlı 36 …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir