Şənbə , 28 Dekabr 2024
Drone Cameras

Azərbaycan hərbi xərclərini artırdı – (VİDEO)

Azərbaycanda 2018-ci ilin dövlət büdcəsindən müdafiə sahəsi üçün ayrılan vəsaitin məbləği açıqlanıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə gələn ilin dövlət büdcəsi haqqında qanun layihəsində qeyd olunub.
 
Belə ki, 2018-ci ilin dövlət büdcəsində müdafiə xərcləri üçün 2.739 milyard manatın ayrılması nəzərdə tutulub. Bu məbləğin 1.366 milyard manatı müdafiə qüvvələri, 111.658 milyon manatı milli təhlükəsizlik, 2.663 milyon manatı müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlara, 1.258 milyard manatı isə digər kateqoriyalara aid edilməyən xərclərə sərf ediləcək.

Dövlət büdcəsindən, həmçinin məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq oqranlarına 1.329 milyard manatın ayrılması nəzərdə tutulub.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir