Cümə , 17 Aprel 2026
Drone Cameras

Bu ilin 9 ayında uşaqlara daha çox hansı adların verildiyi açıqlanıb – SİYAHI

Bu ilin 9 ayı ərzində Azərbaycanda doğulan oğlan və qız uşaqlarına daha çox verilən adlar məlum olub.

Ədliyyə Nazirliyindən “Report”a bildirilib ki, bu ilin 9 ayı ərzində oğlanlara Yusif (2500), Hüseyn (1653), Əli (1612), Ömər (1286), Məhəmməd (1033), Tunar (987), Murad (971), Ayxan (914), Uğur (898), İbrahim (674) adları daha çox verilib.

Qızlara verilən adlar arasında isə ilk onluqda Zəhra (2160), Nuray (1631), Fatimə (1399), Zeynəb (1320), Aylin (1246), Məryəm (1141), Ayan (1024), Mələk (997), Mədinə (796), Dəniz (770) adları yer alıb.

Bundan başqa, Səma, Gülay, Xədicə, Leyla, Fidan, İnci, Banu, Nəzrin, Yağmur, Aysu, Kənan, Ümid, Nihad, Həsən, Rəsul, Mehdi, Fərid, Emil, İsmayıl, Ramal kimi adlarda  uşaqlara qoyulan adlar arasında üstünlük təşkil edib. 

Check Also

ABŞ nüvə silahı istehsalını artırır

ABŞ Soyuq müharibənin bitməsindən bəri ən çox nüvə silahı istehsal edir. Boyukmillet.com xəbər verir ki, bu …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir