Cümə axşamı , 26 Dekabr 2024
Drone Cameras

“Yeni əsrin müqaviləsi” Azərbaycana hər il 450 milyon dollar qazandıracaq

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib. Boyukmillet.com Azvision.az-a istinadən xəbər verir ki, Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov gündəlikdəki məsələ barədə məlumat verib.

İclasda “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Azərbaycan (ACG) Limited, BP Eksploreyşn (Kaspian Si) Limited, Şevron Xəzər, Ltd., Ekson Azərbaycan Limited, İnpeks Sausvest Kapian Si, Ltd., İtoçu Oyl Eksploreyşn (Azərbaycan) İnk., ONGC Videş Limited, Statoyl Abşeron AS, Türkiye Petrolleri A.O. arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsi haqqında müzakirələr aparılıb.

Valeh Ələsgərov bildirib ki, Dövlət Neft Şirkəti və Azərbaycan Respublikası bu yenilənmiş, uzadılmış kontraktda bundan öncəki şərtlərdən aşağı yox, daha üstün şərtlərlə bu kontraktı imzalayıb. Bu da təbiidir, çünki artıq risklər yoxdur. Bu risklər olmadığına görə Dövlət Neft Şirkəti danışıqlar nəticəsində daha üstün, daha əlverişli şərtləri əldə edə bilib. Şirkətlərin daha aşağı risklərlə iş aparması üçün burada imkan yaradılır, bunun da əvəzi olaraq dövlətə səkkiz il ərzində hər il 450 milyon dollar vəsait ödəniləcək. Kontraktın digər şərtləri dəfələrlə qəbul edilmiş və standart şəkildə yazılmış mətnlərdir.

SOCAR-ın prezidenti, komitənin üzvü Rövnəq Abdullayev Sazişin əhəmiyyətindən danışaraq bildirib ki, qanun layihəsində o qədər də ciddi dəyişiklik edilməyib. Təkcə Azərbaycanın hazırkı inkişafında rəqəmlər dəyişib və bu da xeyrimizə olan göstəricilərdir. Bu Saziş 20 il keçməsinə baxmayaraq, yenə də öz əhəmiyyətini itirməyib.

Müzakirə zamanı deputatlar qanun layihəsi barədə fikir və təkliflərini səsləndiriblər.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir