Cümə , 3 May 2024
Drone Cameras

Bərzani bu gün istefaya göndəriləcək

Bu gün İraq Kürd Muxtariyyətinin parlamenti Məsud Bərzani və onun müavininin vəzifə səlahiyyətlərinin dayandırılması ilə bağlı iclas keçirəcək.

Boyukmillet.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə RİA-ya Kürd Muxtariyyəti parlamentinin Maliyyə və İqtisadiyyat məsələləri komitəsinin sədri İzzət Sabir danışıb.

“Məsud Bərzaninin (İraq Kürdüstanın rəhbəri) səlahiyyət müddəti 1 noyabrda başa çatacaq. Siyasi və hüquqi vakuuma çatmadan əvvəl onun səlahiyyətləri parlament və Nazirlər Kabineti arasında bölünəcək. Bu mövzuda iclas bu gün saat 11-də keçiriləcək”, – Kürdüstan Yurdsevərlər Birliyinin qanunverici məclisdə təmsil olunan parlament komitəsinin rəhbəri bildirib.

Sabir qeyd edib ki, Məsud Bərzani və onun müavini Kosret Rəsulun səlahiyyətləri dayandırılacaq.

“Seçkilər 8 ay müddətinə təxirə salınıb və bu müddətə qədər muxtariyyət rəhbərinin administrasiyasının fəaliyyəti dayandırılacaq”, – siyasətçi əlavə edib.

Xatırladaq ki, bölgədə sonuncu dəfə parlament seçkiləri 2013-cü ildə keçirilib. Muxtariyyətin rəhbəri seçkisi isə 2009-cu ilə təsadüf edib. Məsud Bərzaninin səlahiyyət müddəti 2013-cü ildə başa çatıb və iki dəfə uzadılıb: parlament və məhkəmə tərəfindən. Bir qədər əvvəl isə Məsud Bərzani növbəti dəfə seçkilərdə namizədliyini irəli sürməyəcəyini açıqlayıb.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir