Bazar , 8 Sentyabr 2024
Drone Cameras

Almaniyada terror aktı törətməyə hazırlaşmaqda şübhəli bilinən suriyalı tutulub

Almaniyanın Meklenburq Federal Torpağının Şverin şəhərində terror aktı törətməyə hazırlaşmaqda şübhəli bilinən 19 yaşlı Suriya vətəndaşı tutulub.
“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Almaniya Baş Prokurorluğu yayıb.
Baş Prokurorluqdan bildirilib ki, həmin şəxsin yaşadığı mənzildə axtarış aparılıb. İlkin araşdırmalar nəticəsində 19 yaşlı suriyalının cari ilin iyulundan terror aktı törətməyə hazırılaşdığı məlum olub.
“Onun hər hansı terror təşkilatına cəlb edildiyi ilə bağlı dəlil-sübut yoxdur”, – məlumatda vurğulanıb.
Qeyd edək ki, Almaniyanın əks-kəşfiyyatının məlumatına görə, ölkədə 1,8 minə yaxın potensial islamyönlü terrorçu var. 2017-ci ilin əvvəlindən terror fəaliyyəti ilə bağlı 900-ə yaxın cinayət işi açılıb.

 

boyukmillet.com

Check Also

“Əsl millət vəkili necə olmalıdır, istəyirəm onu millətə təqdim edim” – Cahandar Bayoğlu ilə VİDEOMÜSAHİBƏ

22 saylı Nəsimi-Yasamal seçki dairəsindən deputatlığa namizəd Cahandar Cahandaroğlu (Bayoğlu) “Meşə” parkında seçiciləri ilə görüşüb.Boyukmillet.com …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir