Cümə , 17 May 2024
Drone Cameras

Ermənilər şikayətləniblər: “Fərəc Quliyev bizi söyür”

Avronest Parlament Assambleyasının “Siyasi məsələlər, insan hüquqları və demokratiya” komitəsinin Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən iclasında Azərbaycan nümayəndə heyətinin üzvü Fərəc Quliyevin çıxışından sonra Ermənistan nümayəndə heyətinin rəhbəri fasilə zamanı deputat Rövşən Rzayevə, “Fərəc Quliyev bizi söyür”- deyə şikayət edib.

Bəs, görəsən, Fərəc bəy, doğrudanmı, çıxışında qeyri-etik kəlimələrdən istifadə edib?

Millət vəkilinin həmin çıxışın Azərbaycan dilinə tərcümə olunmuş mətnini Ovqat.com-a istinadən oxuculara çatdırırıq:

“Demokratiya və iqtisadi inkişaf naminə Şərq tərəfdaşlığı platformasında əməkdaşlıq vacibdir.

Amma üzv dövlətlərdən birinin, digərinin ərazisini işğal etməsi buna təbii ki, mane olur. Rusiyanın tapşırığı ilə Ermənistan münaqişəni uzatmaq, indiki status-kvonu saxlamaq istəyir. Azərbaycan isə münaqişənin beynəlxalq hüququn norma və prinsipləri və BMT qətnamələri əsasında nizamlanmasını arzulayır. Amma Ermənistan 4 məlum BMT qətnamələri və digər çağırışlara əməl etmir, Rusiyaya arxalanaraq beynəlxalq hüquqa meydan oxuyur.

  Ermənistanın bu əməlləri onun beynəlxalq təşkilatlar qarşısında götürdüyü və müvafiq hüquqi sənədlərdən irəli gələn öhdəliklərə ziddir. Şərq tərəfdaşlığı platformasında üzv dövlətlərin müvəffəqiyyətli, qarşılıqlı fəaliyyətinə ümumi təhlükəsizlik məkanının yaradılmasına, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinə nail olmaq üçün Rusiyanın dəstəyi ilə Azərbaycan, Gürcüstan, Ukranya, Moldova ərazilərində yaradılmış münaqişələr həll edilməlidir, işğal olunmuş ərazilərdən işğalçılar çıxarılmalıdır. Pozitiv nəticələrə nail olmaq üçün məsələlərə kompleks baxılmalı, vəziyyəti dəyişmək üçün, vəziyyəti pisləşdirən səbəblər aradan qaldırılmalıdır. İlk növbədə bu sənəddə və Avronestin digər sənədlərində də işğalçı Rusiyanın Gürcüstan və Ukraynadan, Moldovadan, işğalçı Ermənistanın Azərbaycan ərazilərindən dərhal çıxması tələb olunmalıdır.

Sağ olun. Diqqətinizə görə təşəkkür edirəm.”

 

Boyukmillet.com

Check Also

Samir Məmmədov: “Bakıda evlərin 90 %-nin genişzolaqlı fiberoptik internetə çıxışı var”

Bakıda evlərin 90 %-ə yaxını genişzolaqlı fiberoptik internetə çıxış eldə edə bilir. Boyukmillet.com xəbər verir ki, bunu rəqəmsal …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir