Çərşənbə , 25 Dekabr 2024
Drone Cameras

Futbol üzrə Azərbaycan millisi səfərdə Çexiya yığmasının qonağı olacaq

Futbol üzrə dünya çempionatının seçmə mərhələsində bu gün saat 22:45-də Ostrava şəhərindəki “Mestsky” stadionunda Çexiya və Azərbaycan milli komandaları qarşılaşacaq.

AZƏRTAC xəbər verir ki, oyunu Sloveniyadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Matej Juq olacaq. Ona həmyerliləri Tomaş Klançnik və Manuel Vidali kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mitja Zqaneç yerinə yetirəcək.

Qarşılaşmanın UEFA nümayəndəsi kiprli George Kumas, hakim-inspektoru isə ispaniyalı Manuel Diaz Veqa olacaq.

Hazırda hesabında 6 xal olan Azərbaycan millisi turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Millimiz San Marino və Norveç yığmalarına minimal hesabla qalib gəlib – 1:0.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir