Çərşənbə , 15 Aprel 2026
Drone Cameras

Türkiyə ordusu 8 şəhidin qisasını aldı – PKK-ya sarsıdıcı zərbə!

Türkiyənin təhlükəsizlik qüvvələri PKK terror təşkilatına qarşı Hakkari, Tunceli və Şırnakda əməliyyatlar həyata keçirib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, əməliyyatlar nəticəsində PKK-nın 31 üzvü məhv edilib. Hakkaridə 19, Tuncelidə 9, Şırnakda isə 3 PKK-çı zərərsizləşdirilib.

Bölgədə əməliyyatlar davam etdirilir.

Xatırladaq ki, bu gün terrorçulara qarşı Hakkaridə aparılan əməliyyatların gedişində 6 əsgər və 2 gözətçi həlak olub. Şəhid ailələrinə başsağlığı verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son terrorçu yox olanadək əməliyyatların davam edəcəyini bildirib.

Check Also

ABŞ və İran arasında tarixi görüş BU MƏKANDA KEÇİRİLƏCƏKFOTO

Aprelin 10-na planlaşdırılan İran və ABŞ nümayəndələrinin görüşü Pakistanın baş naziri Şahbaz Şərifin iqamətgahında və …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir