Cümə , 27 Dekabr 2024
Drone Cameras

Bərzani diz çökdü… – “Kürdüstan” xəyalı puç oldu

Şimali İraq Kürd Muxtariyyəti, İraq Ali Məhkəməsinin qərarına riayət edəcəklərini açıqlayıb.
İraq Ali Məhkəməsinin 6 noyabr qərarında bildirilir ki, Konstitusiya bölgənin İraqdan çıxmaq hüququnu tanımır. Mövzu ilə bağlı açıqlama verən Kürd Muxtariyyəti bildirib ki, problemlərin həlli üçün konstitusiyaya bağlılığı müdafiə edirlər: “Bu istiqamətdəki hər təklifdə mövqeyimiz aydındır – Ayətullah əl-Uzma Seyid Sistani və iraqlı bəzi şəxsiyyətlərlə birgə İraq xalqının dostu olan ölkələr problemlərin Konstitusiyaya uyğun həll edilməsi tərəfindədir. Federal Məhkəmənin Konstitusiyanın ilk maddəsinə uyğun qərarına hörmətlə yanaşırıq”
Bunun, əhatəli milli dialoqun yolunu açması lazım olduğuna işarə edən açıqlamada, konstitusiyanın bütün maddələrinin tətbiq olunması, Konstitusiyada göstərilən haqq və səlahiyyətlərin qorunmasının təmin edilməsi istənilib. Bildirilib ki, İraqda birliyinin yeganə yolu Konstitusiyanın birinci maddəsində göstərilən məsələdir.(metbuat.az)
 
 
boyukmillet.com 
 

 

 

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir