Bazar , 8 Sentyabr 2024
Drone Cameras

“FƏZAIL AĞAMALININ HƏYAT TƏRZI ONA-BUNA SATAŞMAQDIR” – DEPUTAT

Millət vəkili Fəzail İbrahimli həmkarı Fəzail Ağamalının səsləndirdiyi ittihamlara münasibət bildirib.

Boyukmillet.com xəbər verir ki, F.İbrahimli qafqazinfo-ya açıqlamasında bildirib ki, adaşı əsəblərinə hakim deyil, qırmızı həddi aşır: “Şükür ki, Fəzail Ağamalı sağalıb, gəlsin ürəyimdən keçən məsələləri danışaq. Bu, onun bioqrafiyası ilə bağlıdır. Ona ziyan verə biləcək məlumatlardır, amma mən onları mətbuata açıqlamaram, özünə deyəcəm. 

Onun oğlu barəsində xəbər yayılandan bir gün qabaq mənim oğlum yıxılana kömək etmişdi. Mən də mətbuata açıqlama verib oğlumun qəza törətmədiyini dedim. Mətbuat Fəzail Ağamalının oğlunun adını hallandırmışdı, səhəri gün ondan üzr istədi. Bununla da Fəzail Ağamalı gündəmdən çıxdı, sonrakı problemləri mən yaşadım. Məsələ məlum oldu, hüquq-mühafizə orqanları da maraqlandı.

Məlum oldu ki, bu, qəza deyil. Əsl namərdlik mənim mətbuata məlumat ötürməyimi düşünməkdir. Mən Fəzail Ağamalıdan belə bir hərəkət gözləməzdim, çoxlu stress keçirib, artıq əsəbləri yerində deyil. Onun həyat tərzi ona-buna sataşmaqdır. Mənim üçün deyib ki, kiminsə kölgəsinə sığınmışam. Onun isə heç kölgəsi yoxdur, tikanı var. Kiməsə tikanı batar…”

 

Boyukmillet.com

Check Also

“Əsl millət vəkili necə olmalıdır, istəyirəm onu millətə təqdim edim” – Cahandar Bayoğlu ilə VİDEOMÜSAHİBƏ

22 saylı Nəsimi-Yasamal seçki dairəsindən deputatlığa namizəd Cahandar Cahandaroğlu (Bayoğlu) “Meşə” parkında seçiciləri ilə görüşüb.Boyukmillet.com …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir