Şənbə , 18 May 2024
Drone Cameras

Tatarıstanda Azərbaycan diasporunun sədri həbs edilib -TƏCİLİ

Diaspor sədrinin həbs olunma səbəbi bilinmir.

Son məlumata görə, Sərraf Kərimov artıq azad olunub. Bu barədə geniş açıqlama veriləcək.

***
Boyukmillet.com İnterpress.az-a istinadən xəbər verir ki, Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının prezidenti Sərraf kərimov Rusiya xüsusi xidmət orqanları tərəfindən həbs olunub.

Sərraf Kərimovun həbs olunma səbəbi dəqiq bilinməsədə onun Kazanda yaşayan həmvətənlərimizin hüquqlarını qoruduğu üçün həbs edildiyi ehtimal olunur. Sərraf Kərimov Tatarstan rəsmiləri ilə sıx münasibəttə olan diaspor sədri kimi tanınır. O, Cəlilabad rayonunun Abazallı kəndində anadan olub. Hal hazırda Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının prezidentidir. O, eyni zamanda karate üzrə ikiqat Tatarıstan çempionu, qara kəmər ustası, ehtiyatda olan zabitdir. 

Diaspor sədrinin həbs olunması ilə bağlı hələ ki, Xarici İşlər Nazirliyi və Diasporla İş Üzrə Dövlət Komitəsi məsələyə münasibət bildirməyib. 

Mövzunu davam etdirəcəyik.

Tatarıstanda Azərbaycan diasporunun sədri həbs edilib -TƏCİLİ

Check Also

Samir Məmmədov: “Bakıda evlərin 90 %-nin genişzolaqlı fiberoptik internetə çıxışı var”

Bakıda evlərin 90 %-ə yaxını genişzolaqlı fiberoptik internetə çıxış eldə edə bilir. Boyukmillet.com xəbər verir ki, bunu rəqəmsal …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir