Nar qış meyvələrinin şahı hesab edilir. Bu isə əbəs deyil. Bu meyvəni sevən çox olsada, heç də hər kəs onu təmizləməyi xoşlamır. Bu zaman isə onun suyu köməyimizə çatır.
Boyukmillet.com bu gün nar suyunun insan faydasını təqdim edir.
Arıqladır
Gündə iki stəkan nar suyu xüsusilə göbək nayihəsindəki yağları əridir. Sağlam çəki itirməyinizə kömək edir.
Xərçəngdən qoruyur
Şirənin tərkibindəki maddələr xərçəng hüceyrələri ilə savaşır, xüsusilə prostat xərçəngində metostaza səbəb olan amilləri məhv etməyə kömək edir. Siçanlar üzərində aparılan bir araşdırma onun süd vəzi xərçəngini dayandırdığını da üzə çıxarıb.
İnfarkt riskini azaldır
Qan dövranını yaxşılaşdırır. Nəticədə damarlarda tıxanıqlıq yaranmır və bir çox xəstəliklər, o cümlədən infarkt riski azalır.
Yaşıl çaydan faydalı
Nar suyundakı antioksidant sayı yaşıl çaydakından 3 dəfə çoxdur.
Təzyiq salır
2 həftə ərzində gündə 150 ml nar suyu içən insanların təzyiqləri stabilləşir.
Diş əti iltihabı
Ağızda meydana gələn infeksiyalarla mübarizə aparırı. Nəticədə diş əti, dişlərlə bağlı bir çox problem avtomatik həll olur.
Sızanaqların düşməni
Nar suyu həm içmək, həm də üz silmək üçün olan vasitə kimi istifadə etmək olar. Tərkibindəki vitaminlər nəticəni çox gözlətməyəcək.
Qırışları azaldır
Yüksək miqdarda antioksidant “antiaging” təsiri yaradır. Dərinin kollagen balansı qorunur.
Yaraları sağaldır
Narın tərbkibi B5 və C vitamini ilə boldur. Bu isə dərinin gözəlliyi üçün çox önəmlidir. Bu elementlər dəri üzərində olan sürtünmə, yaraların daha tez sağalmasına kömək edir, həm də onun sallanmasının qarşısını alır.
Nə vaxt içməli?
Nar şirəsindən faydalanmaq üçün ən yaxşı zaman səhər saatları, səhər yeməyindən bir saat sonradır. /İstiPress/