Çərşənbə , 15 Aprel 2026
Drone Cameras

“Baharın on yeddi anı” teleserialının “Müller”ivəfat etdi

Məşhur rusiyalı aktyor, SSRİ xalq artisti Leonid Bronevoy 89 yaşında ağır xəstəlikdən vəfat edib.

Trend xəbər verir ki, bu barədə onun son illərdə çalışdığı “Lenkom” teatrının rəhbərliyi məlumat yayıb.

1928-ci ilin dekabrında anadan olmuş L.Bronevoy 50-dən çox filmdə və çoxlu sayda teatr tamaşalarında rol alıb.

“Baharın 17 anı” çoxseriyalı filmindəki Müller rolu ona məşhurluq gətirib. Bundan başqa, aktyor “Həmin Münhauzen”, “Sevginin formulu” və digər filmlərdə oynayıb.

Check Also

ABŞ və İran arasında tarixi görüş BU MƏKANDA KEÇİRİLƏCƏKFOTO

Aprelin 10-na planlaşdırılan İran və ABŞ nümayəndələrinin görüşü Pakistanın baş naziri Şahbaz Şərifin iqamətgahında və …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir