Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Bakıda göydələnlərin 80 faizinin reyestr çıxarışı yoxdur – Ekspert

“Apardığımız monitorinqlər göstərir ki, Bakıda inşa edilən yeni binaların təxminən 80 faizindən çoxunda mənzillərin dövlət reysterindən çıxarışları yoxdur”.

Boyukmillet.com xəbər verir ki, bu sözləri Nazirlər Kabineti tərəfindən mənzilin dövlət reysterindən çıxarışının (kupça) elektron qaydada verilməsinin təsdiq olunmasını şərh edən iqtisadçı alim Vüqar Bayramov yazıb. Ekspert bildirib ki, kupçaların elektron verilməsi həm proseduraların sayının azaldılması, həm də şəffaflığın gücləndirilməsi baxımdan müsbət haldır:

“Bununla yanaşı, kommunal xidmətlərlə tam təmin edilmiş yeni tikililərin dövlət tərəfindən təhvil alınma prosesinin sürətlənidirilməsinə ehtiyac var. İqtisadi və Sosial İnkişaf Mərkəzinin hazırladığı təkliflərdə həmçinin 2016-cı ildən əvvəl tam istifadəyə verilmiş binaların hamısının dövlət qeydiyyatına alınması və mənzillərin elektron olaraq kupça ilə təmin olunması da yer alır”.

Boyukmillet.com

Check Also

Kiberpolisdən “Qarabağ” – “Ayaks” oyunu ilə bağlı əməliyyat – Saxlanılanlar var

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) dekabrın 10-da Çempionlar Liqasının növbəti mərhələsində Tofiq …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir