Drone Cameras

Fələstin prezidenti: “Qüds Fələstinin paytaxtı olacaq”

 “ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailə hədiyyə etmək istəyir”.

Bunu Fələstin Dövlətinin başçısı Mahmud Abbas İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin bu gün İstanbulda başlayan fövqəladə Zirvə toplantısında bildirib. 

“O, bununla özünü ABŞ-ın əyalətlərindən birini İsrailə verirmiş kimi aparır. Bu gün Yaponiya, Böyük Britaniya belə ABŞ-ın yanında yer almayıb”, – o vurğulayıb. 

M.Abbas qeyd edib ki, İƏT-in fövqəladə sammitinin məqsədi Qüdsün hazırkı statusunun dəyişdirliməsinə qarşı müqavimət göstəməkdir: “ABŞ beynəlxalq hüququ saymır və biz buna etiraz etmək üçün buradayıq. Qüds Fələstinin paytaxtı olacaq. Qüds olmazsa, nə sülhdən, nə də müzakirələrdən danışmaq mənasızdır. Qüds Fələstində olmasa, sabitlik də olmayacaq. Mən bütün müsəlmanları müqəddəs yerləri qorumağa çağırıram. Livandakı ərəb torpaqlarının azad edilməsi bizim haqlı tələbimiz içərisində yer almaqdadır”.

O vurğulayıb ki, Fələstin Dövlətinin paytaxtı olan Qüdsü müdafiə edəcəklər: “Prezident Donald Trampın qərarı və təlimatı beynəlxalq hüquqa, xüsusilə BMT-nin qətnaməsinə ziddir. ABŞ sülh danışıqlarında vasitəçilik haqqını itirib. Biz ABŞ-ın vasitəçi olmasını qəbul etməyəcəyik. Sizlərin də bizim bu qərarı dəstəkləməyinizi istəyirik”. (report)

 

Boyukmillet.com

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir