Bazar , 28 Aprel 2024
Drone Cameras

Milli Məclisin plenar iclası başlayıb

Azərbaycan Milli Məclisinin plenar iclası başlayıb.
“Report”un xəbərinə görə, iclası giriş sözü ilə MM sədri Oqtay Əsədov açıb.
İclasın gündəliyinə 28 məsələ daxildir. Bunlar “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Təhsil haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimləməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Dövlət borcu haqqında”, “Dövlət rüsumu haqqında”, “Büdcə sistemi haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Dövlət qulluğu haqqında”, “Şücaətə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, “Yol hərəkəti haqqında”, “Dərman vasitələri haqqında” qanunlarına və Mülki Prosessual Məcəlləyə, Əmək Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, Şəhərsalma və Tikinti Məcəlləsinə ediləcək dəyişikliklərdir.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir