Bazar , 28 Aprel 2024
Drone Cameras

Bu il beynəlxalq turistlərin sayı 1,2 milyarda çatıb

Bu il beynəlxalq turistlərin sayı 1,2 milyarda çatıb. 2030-cu ildə isə onların sayı 1,8 milyarda qədər artacaq. Belə sürətli artım fəlakətə də gətirib çıxara bilər, yeni imkanlar da yarada bilər.

Bu barədə Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai xəbərdarlıq edir. Onun sözlərinə görə, çox vaxt ikinci dərəcəli məsələ kimi yanaşılan turizm əslində bir çox ölkələr üçün iqtisadi inkişafın hərəkətverici qüvvəsidir.

Eyni zamanda, həddən artıq turist axını ətraf mühitə tez-tez zərər vurur, infrastrukturun hədsiz yüklənməsinə gətirib çıxarır, səyahətçiləri cəlb edən mədəni-tarixi dəyərlərə təhlükə yaradır. Taleb Rifainin sözlərinə görə, turizmin genişlənməsini bəşəriyyətin faydasına yönəltmək və onun mənfi təsirlərinin nəticələrini minimuma endirmək lazımdır.

Dünya Turizm Təşkilatı xatırladır ki, beynəlxalq turistlərin sayı 2017-ci ildə rekord həddə çatıb. Çin, Cənubi Koreya, ABŞ və Kanada liderlər sırasındadır. (azertac)

 

Boyukmillet.com

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir