Cümə , 27 Fevral 2026
Drone Cameras

Bakı-Qazax yolunda avtomobil qəzasında yaralananların adı məlum olub

Şəmkir rayonunda baş vermiş avtomobil qəzasında yaralananların kimliyi məlum olub.

“Report”un Qərb bürosunun məlumatına görə, Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon Muxtariyyə kənd ərazisindən keçən hissəsində “Hyndai”markalı avtomobillə “Ford”markalı yük maşının toqquşması nəticəsində xəsarət alanların kimlikləri məlum olub. Onlar “Hyndai” markalı avtomobilin sürücüsü, Qazax rayon sakini, 1976-ci il təvəllüdlü Fədai Bənnayev və onun sərişinləri, Məhbubə Məmmədova, Gültəkin Abdullayevadır. Hər üç yaralı Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətlərinin orta-ağır olduğu bildirdilib.

Avtoqəza nəticəsində “Ford” markalı avtomobilin sürücüsü, Şəmkir rayon sakini, 1987-ci il təvəllüdlü Elvin Süleymanovda xəsarət alıb. Lakin onun vəziyyətinin yaxşı olduğu bildirdilər.

Faktla bağlı araşdırma aparılır.

 

Boyukmillet.com

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir