Bazar ertəsi , 6 May 2024
Drone Cameras

Deputat Heydər Əliyevin səsinin telefon zənginə qoyulmasına və imzasının maşınların şüşəsinə vurulmasına etiraz edib

“Son vaxtlar dövlət himni və müəyyən ifadələrin müəyyən məbləğ müqabilində mobil telefonlara yüklənməsinin təklif edilməsi barədə mesajlar gəlir və bu, narahatlıq doğurur”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında millət vəkili Elmira Axundova deyib.

E. Axundova bəzi avtomobillərin arxa şüşələrinə Heydər Əlyievin imzasının həkk edildiyini söyləyib, bu kimi hallara son qoyulması üçün addımlar atılmasını istəyib: “Mənim Heydər Əliyevə həmişə böyük hörmətim olub. Ancaq onun səsinin nə telefon zənginə qoyulmasını, nə də imzasının maşının arxa şüşəsinə vurulmasını düzgün sayıram. Heydər Əliyevə sevgi ürəkdə olmalıdır”.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir