Cümə , 3 May 2024
Drone Cameras

Çayxanalarda siqaret çəkməyə icazə verilmir – Rayonlarda qadağa

Xəbər verdiyimiz kimi, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun qüvvəyə minib. 

Boyukmillet.com-ın məlumatına görə, qapalı məkan işlədən obyekt sahiblərinə bununla bağlı xəbərdarlıq edilib. Qeyd olunub ki, qapalı məkan sahibləri siqaret çəkilməsinə ciddi nəzarət etməlidir, əks halda onlar cərimələnəcək.

Əldə etdiyimiz məlumatlara görə, artıq paytaxtla yanaşı bəzi bölgələrdə restoran və çayxanalarda siqaret çəkilməsinə icazə verilmir. İaşə obyektlərində siqaretin qadağan olunması haqda xəbərdarlıq elanı yerləşdirilib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 212-ci maddəsində (Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi) bununla bağlı cərimələr nəzərdə tutulub.

Məcəllənin 299, 305, 306.4, 318 və 322.0.4-cü maddələrində nəzərdə tutulan yerlər istisna olmaqla, “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş digər yerlərdə siqaret çəkməyə görə otuz manat məbləğində cərimə nəzərdə tutulub.

Müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə isə vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər isə min manat məbləğində cərimə edilir. (AzVision.az)

Anar Kəlbiyev

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir