Cümə axşamı , 26 Fevral 2026
Drone Cameras

Tailand krala bir il yas saxlayacaq

Tailandda 88 yaşlı kral Bhumibol Adulyadejin ölümü ilə bağlı bir illik matəm elan olunub.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, matəmlə əlaqədar bir ay boyunca bütün dövlət bayraqları endiriləcək. Dövlət işçiləri bir il ərzində yalnız qara paltar geyinəcək. Həmçinin oktyabrın 14-ü ölkədə qeyri-iş günü elan edilib. Matəm əlaməti olaraq, televiziyalar proqramları ağ-qara təsvirlə yayımlayır, qəzetlər isə rəngli səhifələr çap etmir.

Buddist ənənəsinə görə kralın dəfn mərasimi il ərzində keçirilə bilər.

Adulyadejin hakimiyyəti dövründə Tailandda 20-dən çox Baş nazir dəyişib və elə bir o qədər də dövlət çevrilişi baş verib.

Kralın ölümündən sonra taxta onun oğlu çıxıb.

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir