Çərşənbə axşamı , 13 Yanvar 2026
Drone Cameras

Mübariz Mənsimovun daha bir gəmisinə həbs qoyuldu — 8 gündür, limanda qalıb

“Palmali Dənizçilik Şirkəti”nə məxsus “Ağsu” yük tankeri Danimarkanın Kalundborg limanında saxlanılıb.

“Ölkə.Az” xəbər verir ki, “Report”un “Deniz Haber Ajansı”na istinadən məlumatına görə, buna səbəb “PAL SHIPPING TRADER THREE” şirkətinin mülkiyyətində olan gəmidə çatışmazlıqların ortaya çıxmasıdır. 

Məlumatda gəminin İsveçin Göteborg limanından hərəkət etdiyi və yanvarın 11-də Danimarkanın Kalundborg limanına yan aldığı, danimarkalı müffətişlər tərəfindən Paris Memorandumu (Paris MoU) çərçivəsində yoxlamalar başlandığı və nəzarət altına verildiyi qeyd olunub. Nəticədə “Ağsu” tankerinin səfərə çıxmasına qadağa qoyulduğu və həbs qoyulması barəsində sənəd tərtib edildiyi vurğulanıb. 

Xəbərdə həmçinin texniki çatışmazlıqları aradan qaldırmadığına görə artıq 8 gündür, gəminin səfərə çıxmasına icazə verilmədiyi bildirilib.

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir