“Vəsiyyətimdir. Şəhid olsam, dövlətin mənə verəcəyi puldan “Kurt-ar” dərnəyi vasitəsilə Telafərdəki Türkmən balalar üçün uşaq bağçası məktəb və ya mədəniyyət mərkəzi tikilməsinə xərclənsin və bu məkana mənim adım verilsin. Rəis vəsiyyətimdir, ailəmə çatdırarsıniz”.
Boyukmillet.com xəbər verir ki, bu sözlər Türkiyənin “Zeytun budağı” əməliyyatının ilk şəhidi Musa Özalkanın vəsiyyətidir.
Şəhid bu vəsiyyətini əməliyyatdan öncə öz komandirinə göndərdiyi mesajında bildirib və mesajının şahid gətirilməsi üçün silinməməsini xahiş edib: “Telefonumdan gelen mesaj kayıtlı dursun şahit olsun”
.
Əməliyyatın ilk günü Afrindən atılan raket atəşində həyatını itirən Musa Özalkan 2 il əvvəl evlənmiş və qız atasıdır.
Onun ölüm ehtimalında ailəsindən çox, Türkmən balalarını düşünməsi Türk əsgərinin nə qədər böyük ürəyə sahib olduğunu göstərir.