Çərşənbə axşamı , 6 May 2025
Drone Cameras

Bakıda liseyə Lütvi Zadənin adı verilib

Nazirlər Kabineti görkəmli elm xadimi Lütvi Zadənin xatirəsinin əbədiləşdirilməsi haqqında qərar verib.

Boyukmillet.com xəbər verir ki, bununla bağlı baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Bakı şəhərinin Nəsimi rayonunda yerləşən Texnikihumanitar liseyə Lütvi Zadənin adı verilib.

Eyni zamanda Bakı Şəhər İcra Hakimiyyəti Lütvi Zadənin Bakı şəhərində yaşadığı binaya (Əlövsət Quliyev küçəsi, 79) xatirə lövhəsinin vurulmasını təmin edəcək.

Təhsil Nazirliyi bu qərardan irəli gələn məsələləri həll edəcək.

Check Also

Türkiyənin “T3 Fondu” Azərbaycanda ikinci mərkəzini Qubada açacaq – EKSKLÜZİV

Türkiyə Texnologiya Komandası Fondu (T3 Fondu) yaxın gələcəkdə Azərbaycanın Quba şəhərində elm mərkəzi açacaq. Bunu “Report”un …