Cümə axşamı , 26 Fevral 2026
Drone Cameras

Liviyada terrorçularla döyüşlərdə 13 əsgər həlak olub

Liviyanın Sirt şəhərində İŞİD terror qruplaşmasının silahlıları ilə döyüşlərdə 13 liviyalı əsgər həlak olub.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, daha 30 hərbçi yaralanıb.

Terrorçuların itkisi barədə məlumat verilmir. Silahlılara qarşı əməliyyat iyunun əvvəlində başlayıb. Liviya hökuməti şəhərin əksər ərazilərinin terrorçulardan təmizləndiyini bildirir.

Qeyd edək ki, avqustun 1-dən ABŞ hərbi aviasiyası İŞİD-in Sirtdəki mövqelərinə hava zərbələri endirir.

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir