Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Türkmənistan prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib Böyüt

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycanın dövlət başçısı İlham Əliyevə təbrik məktubu göndərib.

APA-nın məlumatına görə, məktubda deyilir: “Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə Sizə və Sizin şəxsinizdə bütün dost Azərbaycan xalqına Türkmənistan xalqı və hökuməti adından, şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı yetirməyi özümə şərəf sayıram.

Müstəqillik illərində Sizin ölkənizin siyasi, iqtisadi və sosial sahələrdə qazandığı uğurları, habelə ölkələrimiz arasında yaranmış hərtərəfli münasibətlərin yüksək inkişaf səviyyəsini qeyd etməkdən fərəh duyuram. Əminəm ki, dövlətlərarası dialoqun daha da genişləndirilməsinə və dərinləşdirilməsinə Türkmənistanın və Azərbaycanın daim sadiq olması xalqlarımızın mənafelərinə uyğundur.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, tükənməz həyat enerjisi və xoşbəxtlik arzu edirəm. Xahiş edirəm, dost Azərbaycan xalqına mənim ürəkdən gələn sülh, tərəqqi və firavanlıq arzularımı çatdırasınız”.

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir