Cümə axşamı , 2 May 2024
Drone Cameras

Cənubi Koreya rəhbəri prezidentlik müddətinin iki dəfə olmasını təklif edib

Cənubi Koreya prezidenti Pak Kın-Xe konstitusiya islahatının aparılmasını təklif edib.

“Report” BBC-yə istinadən xəbər verir ki, bu islahat iki müddət  dalbadal prezident postunda qalmağa imkan verəcək. 

Cənubi Koreya prezidentinin sözlərinə görə, prezident səlahiyyətlərini bir müddətlə məhdudlaşdıran konstitusiya demokratiyaya keçid dövründə yararlı idi, lakin indi köhnəlib. 

Konkret tədbirlər haqqında danışan dövlət başçısı bildirib ki, konstitusiya islahatı məsələsinin öyrənilməsi üçün hökumət komitəsi yaradacaq. Prezidentin nümayəndəsi təşəbbüsü şərh edərkən vurğulayıb ki, islahat keçiriləcək olsa da, Pak Kın-Xe özü bundan yararlana bilməyəcək.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir